Təkamül yanılqısı

Müharibələrin səbəbi dindir?

 

Dünya səlib yürüşləri ilə xüsusi bir terminlə tanış oldu: "din müharibələri". Bu termin əsrlər boyu baş verən hər müharibədə bu və ya digər şəkildə ön plana çıxarıldı. Münaqişələrin kökündə hər zaman "inanc" problemi olduğu təlqin edilməyə çalışıldı. Beləliklə maraqlar, irqçilik, torpaq və güc ehtirası ön plana çıxmayacaq, müharibələrin səbəbi olan eqoistlik gizli qalacaqdı.

 

Halbuki nə səlib yürüşləri, nə də tarixə damğasını vurmuş və dünyaya təsir edən böyük müharibələr din mənşəli idi. Səlibçilər xristianlığın sülhsevər təbiəti ilə əlaqəsi olmayan, işğal və qan tökmə ehtirası ilə bir araya gəlmiş fitnəkarlar idi. Səlib yürüşləri zamanı məhz xristian şəhərləri talan edilmiş, hətta o vaxt xristian şəhəri olan Konstantinopol, yəni İstanbul işğal edilərək yerlə yeksan edilmişdi.

 

Xristianlıqdakı məzhəb münaqişələri anlayışı da əslində güc və iqtidar mübarizəsinin bir yansıması idi. Təbii ki, xristian dünyasında protestant, katolik və pravoslavlar arasında fikir ayrılıqları geniş yayılmışdı, amma xristian dünyasındakı müharibələrin çıxış nöqtəsi bu deyildi. Çox vaxt siyasi mənfəətlərin dövrəyə girdiyi bu münaqişələrdə o dövrün papaları belə bu siyasi güc mübarizəsinin bir fiquru halına gətirilmişdi.

 

Yaxın Şərq bundan fərqli deyildi. Böyük müharibələrin iştirakçıları tarix səhnəsinə ancaq maraqları ilə birlikdə gəliblər. Yaxın Şərqdəki müharibələr dini müharibə kimi təqdim edilsə də, əslində müharibənin tərəfləri dövrün Bəəs rejimlərinin nümayəndələri idi. Məlum olduğu kimi, Bəəs, kommunist partiya üzvləri tərəfindən qurulan, Yaxın Şərq marksist ideologiyasının ən əsas tətbiq mərkəzi idi.

 

İslam dünyasında olan məzhəb münaqişələri də eyni məntiqin nəticəsi idi. Adı hər nə qədər məzhəb ayrılıqları olsa da, əslində problem qəbilələr, etnik qruplar arasındakı güc müharibələri idi. Tarix boyunca Yaxın Şərqdə müxtəlif formalarda baş verən şiə-sünni münaqişəsi əslində bütövlükdə fərqli etnik qrupların nüfuzunu artırma, təbii  ehtiyatlar və ticarət yollarında hakimiyyət qurmaq ehtirası idi. İslam adından istifadə edən radikal qruplar ortaya çıxana kimi bu münaqişə əslində heç vaxt birbaşa məzhəblərlə bağlı olmamışdı. Amma məzhəblər daima nifrəti qızışdıran, müharibə etmək istəyini artıran bir yan təsir olaraq ortaya atıldı.

Samuel Hantinqtonun 90-cı illərdə dilə gətirdiyi sivilizasiyaların toqquşması konsepsiyası əslində bu münaqişələrin tətbiq etmə formasını təsvir edirdi. Hantinqton ölkələr arası münaqişələrin və ölkələrin daxilində baş verən konfliktlərin gedərək etnomədəni güc qazanacağını irəli sürmüşdü. Hantinqtona görə bu qloballaşmanın təbii nəticəsi olacaqdı. Başqa sözlə güc nisbətləri dəyişəcək və hakimiyyət-iqtidar narahatlığı yeni müharibələrə şərait yaradacaqdı. Dünyanın içinə düşdüyü materilasit və mənfəətpərəst anlayış Hantinqtonun fikirlərini haqlı çıxardı. Lakin dövlətlər yenə də «dini günahlandırmağı» davam etdirdilər.

Din adı ilə ortaya çıxan radikal qrupların dünyadakı müharibələrin və hakimiyyət mübarizəsinin dəhşətli nəticəsi olduğunu unutmamaq lazımdır. Super güclərin bir-birinə təhdid və hətta güc nümayişi kimi bir çox radikal qrupu dəstəklədiyi heç vaxt sirr olmayıb. Radikal qrupların əlində silahla ortaya çıxmasının da əsasında "din"dən çox qəzəb və intiqam duyğularının olduğunu burada xatırlatmaq lazımdır.

 

Bu məsələdə İqtisadiyyat və Sülh İnstitutunun (Institute for Economics and Peace) 2014-cü il tarixli hesabatını nəzərdən keçirməkdə fayda var. Hesabat 2013-cü ildə baş verən 35 silahlı qarşıdurmanın heç birinin əsas səbəbinin din olmadığını ortaya qoyur. Hesabata görə, münaqişələrin əsas səbəbi hakimiyyətə qarşı olan separatçı cərəyanlar, ideoloji ziddiyyət və təbii resursların bölüşdürülməsi kimi problemlərdir.

 

Hesabat "bir ölkədə dindarların və ateistlərin nisbəti ölkədəki sülhü müəyyən edirmi" sualının cavabını bir statistika ilə verib. Hesabata görə, sülhün ən yüksək səviyyəsinə malik hər on ölkədən üçü dindar ölkələrdir. Sülh səviyyəsi yüksək olan 20 ölkənin 11-ində xalqın 90%-i özlərini dindar kimi təqdim edirlər. Ən az sülhsevər ölkələrin qarşılaşdığı ortaq nöqtəsi isə demokratiya səviyyələrinin aşağı olmasıdır. Avtoritar rejimlər qarşıdurma mühitinin ən böyük səbəbidir. Ateizmin dövlət siyasəti olduğu ölkələr isə ciddi qarşıdurma və narahatlıq mühitinin baş verdiyi ölkələrdir. Buna kommunist ölkələr də daxildir.

 

Hesabatın "müsəlman ölkələrində şiə və sünni bölgüsü sülh şəraitini müəyyən edir mi" sualı "sülh və məzhəb fərqlilikləri arasında müəyyənedici əlaqə yoxdur" deyə cavablandırılmışdır. Əhalisinin 85%-i sünni, 15%-i şiə olan Qətər sülh səviyyəsi olaraq 11-ci yerdə olduğu halda, oxşar nisbətdəki Əfqanıstanda vətəndaş müharibəsi olduğu bildirilərək problemin məzhəblər olmadığı vurğulanıb. Yenə eyni şəkildə şiə-sünni nisbəti yarıbayarı olan Bəhreyndə dinc mühit olduğu halda, bənzər vəziyyətdəki Yəməndə vətəndaş müharibəsinin olması da hesabatda verilən digər bir nümunədir.

 

"Din sülhün bərqərar olmasında müsbət rol oynaya bilərmi" sualı isə hesabatın ən kilid nöqtəsidir. Hesabata görə, xüsusilə dinlər arası əməkdaşlıq təşkilatlarının sülhü gücləndirici təsiri var. Yəni əgər dünyada uzunmüddətli və təsirli bir sülh tələb olunursa, dindar insanların dinlər arası əməkdaşlıq və dostluğu güclü olmalıdır.

 

İqtisadiyyat və Sülh İnstitutunun statistikaya əsaslanaraq rəsmiləşdirdiyi sözügedən məruzənin verdiyi nəticə həqiqətən diqqətçəkicidir: müharibələri dinlər çıxarmır, lakin müharibələrin durmasının yeganə yolu dinlər və dindarlar arası ittifaqdır. Dünyanın getdikcə daha böyük fəlakətlərə sürükləndiyi bu günlərdə sülh üçün həll yolu axtaranların bu həqiqətə diqqət vermələri çox əhəmiyyətlidir. Sülhü mümkün etmək üçün daha çox bombadan istifadə etmək, davamlı olaraq İslamı günahlandırmaq və İslam əleyhinə şüarlarla daim qəzəb yaratmaq bu kabusu labüd olaraq daha qorxunc hala gətirəcək. Həll yolu axtaranlar əgər həqiqətən sülh istəyirlərsə, dinlərin mahiyyətini müdafiə edən həqiqi sülh insanlarının ittifaqına və dediklərinə diqqət verməlidirlər.

 

Adnan Oktarın «Arab News»də dərc edilən məqaləsi:

http://www.arabnews.com/columns/news/893896

2016-04-04 22:04:02

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top