Təkamül yanılqısı

Quran elmə yol göstərir

O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür (və deyirlər:) “Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru! (Ali İmran surəsi, 191)

 

Quranda insanlar göylərin, yerin, dağların, ulduzların, bitkilərin, toxumların, heyvanların, gecə ilə gündüzün əmələ gəlməsi, insanın yaradılışı, yağışın və yaradılmış daha bir çox varlığın üzərində düşünməyə və bu varlıqları tədqiq etməyə dəvət edilir. Bunları nəzərdən keçirən insan isə bütün varlıqlarda Allahın yaratma sənətini görəcək, beləliklə, özünü və bütün kainatı yoxdan yaradan Rəbbimizi tanıya biləcək.

Bu səbəbdən də Allah Quranda, insanları ətraflarındakı yaradılış dəlillərini düşünməyə və tədqiq etməyə çağırır. Kainatda mövcud olan bütün sistemləri, canlı- cansız varlıqları araşdıran, gördükləri haqqında düşünən və fikir yürüdən hər insan Allahın üstün ağlını, elmini və sonsuz gücünü görməyə başlayacaqdır. Kainatı və içindəki bütün canlıları araşdırmağın və Allahın sonsuz yaratma sənətini insanlara göstərməyin yolu isə “elm”dir. Dolayısilə din, Allahın yaratma sənətindəki mükəmməlliyi ortaya çıxarmaq üçün elmi təşviq edir.

Din, elmi araşdırmalara təşviq etdiyi kimi, eyni zamanda dinin yönləndirdiyi istiqamətlərdə aparılan elmi araşdırmalar da qısa müddətdə mükəmməl nəticələr verir. Çünki din, kainatın və canlıların necə mövcud olduğu sualına ən doğru və qəti şəkildə cavab verən yeganə qaynaqdır. Belə ki, doğru mənbəyə əsaslanaraq aparılan araşdırmalar, kainatın və canlıların var olmasına dair sirləri ən qısa müddətdə, ən az əmək və ən az enerji sərf edərək aşkar edilməsinə səbəb olur. XX əsrin tanınmış elm adamlarından olan Albert Eynişteyn də dediyi kimi “dinsiz elm şikəstdir”, yəni burdan da belə nəticəyə gəlmək olar ki, dinlə elm nəinki ziddiyət təşkil edir, əksinə bir-biri ilə sıx qarşılıqlı əlaqədədir. Dinə əsaslanmadan aparılan hər bir araşdırmada  dəqiq nəticə əldə etmək uzun müddət tələb edir və bəzən də tamamilə nəticəsiz qalır.

Bu həqiqəti görmək istəməyən materialist alimlərin istiqamətləndirdiyi elm isə iki yüz ildir ki, sərf edilən zaman və trilyonlarla pul vəsaitinin əbəs yerə xərclənməsini bir daha sübut edir. Elə bu səbəbdən də insanlar bir həqiqəti bilməlidirlər; Elm ancaq Allahın sonsuz qüdrətini, kainatdakı yaradılış dəlillərini aşkar etmək məqsədi daşıyır və bu məqsədi əsas tutaraq çalışılarsa, doğru nəticələr əldə edilmiş olar. Yəni elm doğru istiqamətləndirilsə, qısa müddət ərzində  məqsədə çatmaq mümkün olar.

Allah inancı alimlərə böyük şövq və həyəcan verir

Din elmi təşviq edir və elmlə məşğul olan ağıl və vicdan sahibi insanlar Allahın varlığının dəlillərinə yaxından şahid olduqları üçün eyni zamanda güclü imana da sahib olurlar. Çünki bu insanlar hər araşdırmada, hər yeni tapıntıda Allahın yaratdığı mükəmməl sistem və detallarla qarşılaşırlar.  Məsələn, göz üzərində araşdırma aparan alim təkcə insan gözündəki kompleks sistemi görəndə bunun əsla təsadüflərlə və tədricən yaranmadığını başa  düşür. Daha dərindən araşdıranda gözün hər bir hissəsinin möcüzəvi şəkildə yaradıldığına şahid olur. Gözün hissələrinin hər birinin bir- biri ilə müəyyən qanunauyğunluqla  çalışan onlarla ayrı hissədən meydana gəldiyini görür və onu yaratmış Allaha qarşı heyranlığı qat- qat artır.

Kainatı araşdıran alim bir anda özünü minlərlə nisbətlə qarşı-qarşıya görür. Sərhədini müəyyən etməyin mümkün olmadığı ucsuz - bucaqsız kainatda mövcud olan milyardlarla qalaktika və bu qalaktikalardakı milyardlarla ulduzun müəyyən nisbət daxilində hərəkət etməsi ona böyük araşdırma şövqü verir. İmanlı insan elmi araşdırmalar aparmaq və kainatın sirlərini öyrənmək üçün istəkli və qərarlı olur. Albert Eynşteyn bir yazısında iman gətirən elm adamlarının dindən aldıqları şövqü belə dilə gətirmişdir:

“Mən bunu iddia edə bilərəm ki, dini, kosmik yöndən baxışlar elmi çalışmalarda daha qüvvətli hiss edilir. Şüphəsiz ki, ilk elmi konsepsiyaları yaradanlar bu hissi daha qüvvətli yaşayıblar. Kainatın təməlini dərindən anlamaq insana dərin iman hissi verir. İllər ərzində kainat haqqında gəldikləri nəticələr Kepler və Nyutona belə dərin hissləri yaşatmışdır." 

(John Clover Monsma, The Evidence Of God In Expanding Universe (Genişlənən Kainatda Allah'ın Varlığının Dəlilləri ), Hisar Yayın Evi, Fevral 1976, s. 309)

Johannes Kepler Yaradıcının əsərlərindəki ləzzəti dadmaq üçün elmlə məşğul olduğunu söylərkən, tarixin ən böyük elm adamlarından olan İssak Nyuton isə elmi araşdırmalarındakı əsas məqsədinin Allahı tanımaq olduğunu ifadə etmişdir.

 

Bu sözlər dünya tarixində ən tanınmış elm adamlarının bir neçəsinə aiddir. Bu insanlar kainatı araşdıraraq Allahın varlığına iman gətirən, Allahın ehtişamla yaratdığı qanunlardan və hadisələrdən təsirlənərək daha çox kəşf etmək istəyi duyan kimsələrdir.

 

Allahın kainatı necə yaratdığını görmək istəyi, tarix boyu bir çox alimə böyük stimul vermişdir. Kainatın və canlıların yaradıldığı həqiqətini dərk edən insan eyni zamanda bu yaradılışın bir məqsədi olduğu həqiqətini də dərk edir. Məqsəd isə təbii olaraq müəyyən məna kəsb edir. Bu mənanı dərk etmək, dəlilləri tapmaq, incəliklərini bir- bir araşdırmaq istəyi elmi işlərə də təkan verecəkdir.

 

Əgər kainatın və canlıların yaradıldığı həqiqəti rədd edilərsə, bu məna da ortadan qalxacaq. Məsələn, materialist fəlsəfəyə və darvinizmə inanan elm adamı kainatın yaradılmasının heç bir məqsəd daşımadığını, hər şeyin təsadüf nəticəsində meydana gəldiyini zənn edərək yanılacaqdır. Belə olduğu təqdirdə kainatı və canlıları araşdırmağın da mənası qalmayacaq. Eynşteyn bu həqiqəti “dinə inam azalarsa, elm də ilhamı olmayan təcrübəyə çevrilər” kəlməsi ilə ifadə edir.

 

Belə vəziyyətdə, alimin qarşısına qoyduğu yeganə məqsəd əldə etdiyi nəticə ilə tanınmaq, tarixdə qalmaq və daha çox pul qazanmaq olacaqdır. Bu məqsədlər isə onu ancaq səmimiyyətdən və elmi həqiqətlərdən uzaqlaşdıra bilər. Təkamül nəzəriyyəsinin uzun zamandan bəri elm dünyasında qəbul olunması səmimiyyətsizliyin bir nümunəsidir. Reallıqda elmi məlumatlarla üz- üzə qalan bir çox alim təkamül nəzəriyyəsinin əsassızlığını görür, ancaq sırf əks reaksiya alacaqlarından qorxaraq bunu təsdiqləmirlər. Amerikalı fizik H. S. Lipson bu mövzu haqqında olan fikrini belə ifadə edir:

 

Canlılar haqqında Darvinin bildiyindən daha çox məlumatımız var. Məsələn, sinirlərin necə işlədiyini bilirik və mənim fikrimcə hər sinir elektrik mühəndisliyi yönündən bir şah əsərdir və bizim bədənimizdə bunlardan milyonlarla vardır... Belə olduqda mənim ağlıma gələn yeganə fikir “mükəmməl dizayn”dır. Amma bioloq həmkarlarım bu fikrimi heç bəyənmirlər." 

(H. S. Lipson, A Physicist's View of Darwin's Theory, Evolutionary Trends in Plants, vol. 2, no. 1, 1988, s. 6)

 

Yaradılışı göstərən “dizayn” kəlməsi sırf buna görə elmi ədəbiyyatdan çıxardılmaq istənilmiş, çox insan isə yaranmış bu vəziyyətlə barışmaq məcburiyyətində qalmışdır.

 

Bu vəziyyət XIX əsrin ortalarından elm dünyasına hakim olmağa başlayan “dinsiz elm” yanlışının təzahürüdür. Eynşteynin də bildirdiyi kimi “dinsiz elm şikəstdir”. Bu səbəbdən də bu yanlış həm elm dünyasını yanlış istiqamətlərə yönləndirmiş, həm də hədəflərinin yanlış yönləndirilməsinə baxmayaraq, bu vəziyyətə reaksiya verməyən alimlərin ortaya çıxmasına səbəb olmuşdur.

 

Materializm maddənin mütləq varlıq olduğunu müdafiə edir və Allahın varlığını inkar edir. Bu fəlsəfənin iddiaları tədricən elm dünyasına qəbul etdirilmiş və elmi araşdırmaların bir hissəsi bu iddiaları dəstəkləməyə ayrılmışdır. Ancaq bu gün keçmişə nəzər salanda, materializmin iddialarının sadəcə elmə vaxt itkisi yaşatdığını görürük. Çünki bu  iddiaları sübut etmək üçün bir çox alim illərlə çalışmış, ancaq gəldikləri nəticə yenə də bu iddiaların əsassız olduğunu göstərmişdir. Nəticə “O, göyləri və yeri (yoxdan) var edəndir” (Ənam surəsi, 101) ayəsi ilə də Quranda xəbər verildiyi kimi; kainatın yoxdan var edildiyini, insan həyatının müəyyən məqsədə əsaslandığını, canlıların təsadüflərlə var olmasının və təkamül keçirməsinin qeyri-mümkün olduğunu sübut etmişdir. İndi bu həqiqətləri növbə ilə araşdıraq;

 

Materialistlərin “sonsuz kainat” fikirləri nəticəsində elmin itirdikləri

 

XX əsrin əvvəllərinədək materialistlərin hakim olduğu elm dünyasında yayılmış fikir kainatın sonsuz ölçülərdə olması, sonsuz əvvəldən bəri mövcud olması və sonsuz gələcəyə qədər də mövcud olacağı şəklində idi. “Sabit kainat modeli” adlandırılan bu inanca görə kainatın başlanğıcı və sonu yoxdur, kainat hüdudsuz maddələrin tamıdır. Materialist fəlsəfənin əsasını təşkil edən bu yanaşma kainatın yaradıldığını da inkar edirdi.

 

Materializmə inanmış və ya bu fəlsəfənin təsirinə düşmüş çox sayda alim də sözügedən “sonsuz kainat” modelini elmi fəaliyyətlərində əsas olaraq götürürdülər. Astronomiya və fizika sahələrindəki bütün çalışmalar maddənin sonsuzluqdan bəri mövcud olduğu fərziyyəsinə əsaslanırdı. Qısaca desək, bir çox alim uzun illər boyu boş yerə səy göstərmişdi. Çünki elm çox keçmədən bu əfsanələri məhv edəcəkdi.

 

Sonsuz kainat modelinin yanlış olduğunu görən və buna qarşı elmi alternativ gətirən ilk şəxs belçikalı alim Corc Lematr (Georges Lemaitre) oldu. Lematr rus alimi Aleksandr Fredmanın (Alexandre Friedmann) bəzi hesablamalarına əsaslanaraq, kainatın əslində bir başlanğıcı olduğunu və bu başlanğıcdan etibarən davamlı olaraq genişləndiyi nəzəriyyəsini irəli sürdü. Bundan başqa, bu başlanğıc anından qalan radiasiyanın müəyyən oluna biləcəyini də bildirdi.

 

Burada Corc Lematrın bir din alimi olmasını da vurğulamaq lazımdır. Lematr “kainatı Allahın yoxdan yaratdığı”na ürəkdən inanırdı. Yəni elmə materialistərdən çox fərqli bir təməldən yanaşırdı.

 

Sonrakı illər Lematrın inandığı təməlin doğru olduğunu ortaya çıxaracaqdı. İlk dəfə amerikalı astronom Edvin Habl (Edwin Hubble) istifadə etdiyi nəhəng teleskopla ulduzların həm bizdən, həm də bir-birlərindən davamlı surətdə uzaqlaşdıqlarını kəşf etdi. Bu müşahidələrə əsasən kainatdakı hər şey bir-birindən uzaqlaşırdısa, bunun göstərdiyi bir nəticə vardı: Kainat genişlənirdi, yəni materialistlərin iddia etdikləri kimi hərəkətsiz, sabit deyildi.

 

Kainatın sabit olmadığını əslində Albert Eynşteyn daha əvvəl nəzəri olaraq hesablamışdı. Lakin bu hesablamalar nəticəsində əldə etdiyi faktlar o dövrün sabit kainat modeli ilə uyğun gəlmədiyi üçün bu kəşfinin üzərində dayanmamış və bir kənara qoymuşdu. Eynşteyn sonralar bu hadisəni “kariyerasının ən böyük xətası” adlandırmışdı.

 

Kainatın genişlənməsi daha vacib bir həqiqəti də göstərirdi: kainat genişləndiyinə görə zaman ərzində geriyə doğru getdikdə kainatın bir nöqtədən genişlənməyə başladığı ortaya çıxırdı. Aparılan hesablamalar nəticəsində isə bu tək nöqtənin sıfır həcmə malik olması aydınlaşırdı. Elə kainat da bu nöqtənin partlaması nəticəsində ortaya çıxmışdı. Bu partlayışa “Big Bang”, yəni “Böyük Partlayış” adı verildi.

 

Əslində bu partlayan nöqtənin sıfır həcmə malik olması ifadəsi nəzəri olaraq istifadə edilir. Çünki sıfır həcm ifadəsinin qarşılığı “yoxluq” deməkdir. Yəni kainat yoxluqdan yaranmışdır. Ən doğru şəkildə ifadə etsək, “yoxdan yaradılmışdır”.

 

«Big Bang» nəzəriyyəsi yoxdan yaradılma həqiqətini açıq-aşkar göstərir. Lakin bu nəzəriyyənin qəbul edilməsi üçün elmi dəlillərinin də tapılması lazım idi. 1948-ci ildə Georgi Qamov kainatın böyük bir partlayışla əmələ gəldiyi halda, Lematrın da daha əvvəl bildirdiyi kimi, kainatda bu partlayışdan qalan radiasiyanın olmasının və bu radiasiyanın kainatın hər tərəfində bərabər miqdarda yayılması fərziyyəsini irəli sürdü.

 

Qamovun tapılmasının vacib olduğunu dediyi bu dəlil isə qısa müddətdə aşkar edildi. 1965-ci ildə Arno Penzias və Robert Uilson (Arno Penzias, Robert Wilson) adlı iki tədqiqatçı bu radiasiyanın qalıqlarını kəşf etdilər. “Kosmik Fon Radiasiyası” adlandırılan bu radiasiya lokal deyildi və kainatın hər yerinə yayılmış radiasiya idi. Beləliklə, uzun müddət kainatın hər yerindən bərabər ölçüdə alınan istilik dalğasının «Big Bang»-in ilk dövrlərindən qaldığı ortaya çıxdı. Penzias və Uilson bu kəşflərinə görə Nobel mükafatına layiq görüldülər.

 

1989-cu ildə isə Amerika Milli Kosmik Tədqiqatlar Mərkəzi NASA Kosmik Fon Radiasiyasını araşdırmaq üçün kosmosa «COBE» süni peykini göndərdi. Bu təkmilləşdirilmiş peykə yerləşdirilmiş həssas ötürücülər də Penzias və Uilsonun hesablamalarını bir neçə dəqiqə ərzində təsdiqlədilər.

 

“Kainatda nizam yoxdur” iddiasının ağır nəticələri

 

Materialistlər, kainatın sonsuzdan bəri var olduğunu müdafiə etdikləri kimi, kainatda bir məqsəd və nizamın olmadığını da iddia etmiş, kainatdakı ümumi tarazlıq, ahəng və qanunauyğunluğun sadəcə təsadüflərin nəticəsi olduğu fikrini irəli sürmüşdürlər. Bu iddia da XIX əsrin ikinci yarısından bəri elm dünyasına hakim olmuş və elmi araşdırmalara  istiqamət vermişdir.

 

1960-cı illərdən etibarən aparılan araşdırmalar kainatdakı bütün fiziki qanunauyğunluqların insan həyatı üçün çox həssas bir şəkildə nizamlandığını ortaya qoyur. Araşdırmalar davam etdirildikcə, kainatdakı fizika, kimya və biologiya qanunlarının, cazibə qüvvəsi, elektromaqnitizm kimi əsas qüvvələrin, atomların və elementlərin quruluşlarının insan həyatı üçün labüd miqdarda nizamlandığını göstərmişdir.

 

Qərb alimləri bu gün bu fövqəladə nizamı “İnsani prinsip” (Anthropic Principle) adlandırırlar. Bu prinsip kainatdakı hər incəliyin, hər təfərrüatın insan həyatını nəzərə alan məqsəd naminə nizamlandığını ifadə edir.

 

Bu nəticə, materialist fəlsəfənin elm dünyasına qəbul etdirdiyi “kainat heç bir məqsədi və mənası olmayan maddələr yığınıdır, təsadüflər nəticəsində fəaliyyət göstərir” şəklində təlqinin həqiqətdə elmə zidd bir nağıl olduğunu ortaya çıxarır. Məşhur molekulyar bioloq Maykl Denton «Nature’s Destiny: How the Laws of Biology Reveal Purpose in the Universe» (Təbiətin Taleyi: Biologiya qanunları Kainatdakı Məqsədi Necə Açıqlayır) adlı kitabında bu barədə belə açıqlama verir:

 

"XX əsr astronomiyasında ortaya çıxan yeni mənzərə son dörd əsr ərzində elmi dairələrdə geniş şəkildə qəbul edilən bir fərziyyəyə qarşı ciddi təzyiq göstərir. Bu fərziyyəyə görə həyat kainatda ortaya çıxmış təsadüfi və əhəmiyyətsiz bir məfhumdur... Müasir kosmologiya və fizika tərəfindən ortaya qoyulan dəlillər isə əslində XVII əsrdəki təbii teologiya müdafiəçilərinin axtardıqları, ancaq o dövrdəki elmin səviyyəsinə görə tapa bilmədikləri dəlillərdir".

(Michael Denton, Nature’s Destiny: How the Laws of Biology Reveal Purpose in the Universe, The New York: The Free Press, 1998, s. 14-15)

 

Bu açıqlamada bəhs edilən “təbii teologiya müdafiəçiləri” XVII və XVIII əsrlərdə yaşayan və elmi dəlillərə əsaslanaraq ateizmi məğlub etməyi və Allahın varlığını sübut etməyi hədəfinə çevirmiş dindar elm adamlarıdır. Ancaq yenə yuxarıdakı açıqlamada bildirildiyi kimi, o dövrdə elmin səviyyəsinin zəif olması bu elm adamlarının açıqladıqları həqiqətlərə kifayət qədər dəlil gətirilməməsinə səbəb olmuş və bunun nəticəsində materializm ideologiyası XIX əsrdə elm dünyasına hakim olmuşdur. Əslində isə XX əsr elmi bu prosesi tərsinə çevirmiş və kainatı Allahın yaratdığını sübut edən açıq dəlilləri ortaya çıxarmışdır.

 

Burada diqqət edilməsi vacib olan cəhət isə “kainatda müəyyən məqsəd və nizam yoxdur” şəklindəki materialist xurafatın elm dünyasına verdiyi vaxt itkisidir. Bu xurafatı dəstəkləmək üçün ortaya atılmış bütün nəzəriyyələr, formullar, nəzəri fiziki çalışmalar, riyazi düsturlar və s. hər biri boş yerə sərf edilmiş səylərdir. Əksinə əgər elm dünyası materializm kimi bir yanlışa deyil, kainatı yaradanın Allah olduğu həqiqətini əsas götürmüş olsaydı, elmi araşdırmalar bu yöndə aparılmış olacaqdı. Mənim özüm təkamül nəzəriyyəsinin gələcəyin tarix kitablarında  gülüş hədəfinə tutulacağı fikri ilə razılaşıram. Gələcək nəsillər, bu əsassız fərziyyənin bu qədər asan qəbul edilməsini heyrətlə qarşılayacaqlar. (Malcolm Muggeridge, The End of Christendom, Grand Rapids: Eerdmans, 1980, s. 59)

 

Təkamül nəzəriyyəsini sübut etmək yolundakı ümidsiz səylərin nəticəsində elm dünyasının itirdikləri 

 

Elmin yanlış təməllər üzərində qurulmasının ən açıq nümunəsini Darvinin təkamül nəzəriyyəsində görmək mümkündür. 140 il əvvəl elm dünyasına daxil olan bu nəzəriyyə əslində bütün elm tarixinin ən böyük xətası olmuşdur.

 

Təkamül nəzəriyyəsi həyatın təsadüflərlə bəzi cansız maddələrin birləşməsi nəticəsində əmələ gəldiyini iddia edir. Bu iddiaya görə təsadüfən əmələ gələn bu canlılar yenə təsadüflərin nəticəsində təkamül edərək başqa canlılara çevrilmişlər. Bu ssenarinin sübut edilməsi üçün 1,5 əsrdən çoxdur ki, böyük səy göstərilir, amma elmi dəlillər hər zaman nəzəriyyənin əleyhinə işləyir. Belə ki, əldə edilən bütün dəlillər canlıların təkamülünün əsla baş vermədiyini, canlıların bir-birinə mərhələli çevrilməsinin doğru olmadığını, bütün canlı növlərinin ayrı-ayrı və olduqları kimi yaradıldıqlarını göstərir.

 

Yenə də təkamülçülər bütün bu aşkar dəlillərə baxmayaraq, təkamül nəzəriyyəsini sübut etmək üçün saysız-hesabsız araşdırma və təcrübələr aparır, sadəcə cəfəngiyyatdan və yalanlardan ibarət cildlərlə kitab yazır, institutlar qurub konfranslar keçirir, televiziya proqramları hazırlayırlar. Gerçək olmayan bir iddia üçün minlərlə alimin, külli miqdarda pul və vəsaitin hədər edilməsi insanlıq üçün böyük itkidir. Bütün bu zərərin əvəzinə, əgər bu imkanlar yerində istifadə edilsəydi, bu günə qədər elmdə çox faydalı sahələrdə çox vacib addımlar atılar və dəqiq nəticələr əldə edilə bilərdi. Bəzi alim və mütəfəkkirlər təkamülün nə qədər böyük bir xəta olduğunu görürlər. Skandinaviyalı alim Soren Lovtrup “Darwinism: The Refutation of a Myth” adlı kitabında belə deyir:

 

Zənnimcə hər kəs elmin belə yanlış nəzəriyyəyə istinad etməsinin böyük bir şanssızlıq olduğunu qəbul edəcəkdir. Biologiyada yaşanan da elə budur: Uzun müddətdir insanlar təkamülü darvinist çərçivə daxilində mübahisə edir, “adaptasiya”, “seleksiya” və “təbii seçmə” kimi anlayışlarla. Sonra da bu mübahisələri ilə təbii hadisələrin izah edilməsinə kömək edəcəklərini düşünürlər. Əslində isə heç də kömək etmirlər. İnanıram ki, darvinizm əfsanəsi bir gün elm dünyasında ən böyük aldanış olacaqdır.

 

Bəzi təkamülçü alimlər belə müdafiə etdikləri nəzəriyyənin həqiqətlərə uyğun gəlmədiyini hiss edir və bu vəziyyətə görə narahat olurlar. Təkamülçü alim Pol R. Örliç “Science” (“Elm”) jurnalındakı müsahibəsində “dövrümüzdə təkamül nəzəriyyəsini bir ehkam olaraq əbədiləşdirmək müşahidə obyekti olan dünya haqqında daha qaneedici açıqlamalar verilməsinə əngəl olacaqdır,” -deyərək təkamül nəzəriyyəsinə olan kor-koranə inamın elmə verdiyi zərəri, dolayı yolla olsa da, qəbul edir.

 

“Cansız maddə həyatı əmələ gətirə bilər” iddiasının elmə gətirdiyi itkilər

 

Həyatın mənbəyi nədir? Bir quşu və ya bir zürafəni daşdan, sudan, torpaqdan, qısası, cansız maddədən fərqləndirən nədir?

 

Bu sualın cavabı tarixin qədim dövrlərindən bəri axtarılır. Bu mövzuda ortaya çıxan fikirlər isə bir-birindən fərqlənir. Birinci fikir canlılar ilə cansız maddə arasında çox incə bir sərhəd olduğunu, bu sərhədin asanlıqla keçilə bildiyi və cansız maddənin öz-özünə canlana biləcəyini müdafiə edir. Bu yanaşmaya elmi dildə “abiogenesis” deyilir.

 

İkinci yanaşma isə həyat ilə cansız maddə arasında böyük və keçilməz sərhəd olduğunu qəbul edir. Cansız maddənin öz-özünə canlanması mümkün deyil və hər canlı ancaq başqa bir canlıdan törəyir. “Həyat həyatdan gələr” cümləsi ilə ifadə edilən bu yanaşma “biogenesis” adlanır.

 

Maraqlıdır ki, “abiogenesis” fikri materialist fəlsəfə ilə, “biogenesis” fikri isə dini mənbələrlə əlaqədardır. Materialist fəlsəfə ortaya atıldığı ilk dövrlərdən bəri daim cansız maddənin canlana biləcəyini müdafiə etmişdir. Antik Yunanıstandakı mütəfəkkirlər ibtidai canlıların cansız maddələrdən törədiklərinə inanmışlar.

Bunun əksinə, İlahi mənbələr maddəyə həyat verənin sadəcə Allah olduğunu bildirir. Qurandakı ayələrdə belə buyurulur:

“Şübhəsiz ki, toxumu da, çəyirdəyi də cücərdib çatladan, ölüdən diri, diridən də ölü çıxardan Allahdır. Budur Allah! Axı siz Ondan nə cür döndərilirsiniz?” (Ənam surəsi, 95)

Bu gün elm dünyası, cansız maddələrdən təsadüflər nəticəsində, öz- özlüyünü tənzimləyən, digər cansız maddələrlə birləşərək qüsursuz, son dərəcə mükəmməl sistem olan hüceyrənin meydana gələcəyi fikrini irəli sürmüşlər. Eyni şəkildə ətrafımızda gördüyümüz milyonlarla canlı növünün də təkamülçülərin iddia etdikləri kimi təsadüflərin nəticəsi olmayacağı anlaşılır.

Quranda, Allahın canlıları yoxdan var etdiyini, Ondan başqa heç bir varlığın “can vermə” gücünə sahib olmadığı bildirilmişdir. Əgər elm də Allahın insanlara bildirdiyi bu həqiqətləri izləsəydi, bu qədər uzun müddət təkamülçülər tərəfindən nəticəsi olmayan araşdırmalarla vaxt itirməzdilər.

Təkamülçülərin açıqlaya bilmədikləri  “Fosil”  həqiqəti

Elmin paleontologiya sahəsi də bu nəzəriyyəni sübut etmək üçün yanlış istiqamətlərə yönləndirilmişdir. Əlbəttə ki, dünyada canlıların yaşayış tərzini öyrənmək üçün paleontoloji araşdırmalara ehtiyac vardır. Ancaq təkamül nəzəriyyəsinin bu sahəni yanlış istiqamətə yönləndirməsi fosil araşdırmalarını və elm adamlarını da əks istiqamətə yönəltmişdir. Xüsusilə “insanın mənşəyi”ni araşdıran palentoloqlar nəticəsiz yolda irəliləyirlər. Xəyali olaraq yarı insan, yarı meymun kimi canlı tapmaq üçün apardıqları bütün araşdırmalar nəticəsiz qalmışdır.

Onu da qeyd etmək lazımdır ki, fosil axtarışları çətin şərtlər daxilində və böyük miqyasda vəsait sərf olunması ilə aparılır. Xüsusilə Afrika ərazisi kimi ərazilərdə, onlarla insanın qrup halında yaşamaları üçün düşərgələrin qurulması, belə çətin şərtlərdə, qızğın günəş altında milyon dollarlarla dəyəri olan vəsaitlərin sərf edilməsi nəticəsində aparılan araşdırmalar 1,5 əsrdir ki, nəticə vermir.

Bütün bunlar sadəcə zaman, bilgi, əmək, pul və imkan israfıdır. Bütün dünyada milyonlarla universitet, elmi tədqiqat və  araşdırma, milyonlarla alim, müəllim və şagirdlər, laboratoriyalar və daha saymadığımız bir çox imkan bu əsassız iddianın sübut edilməsinə səfərbər edilmişdir. Ancaq əldə edilən nəticələr,tam əksini ifadə edir. Təkamülü müdafiə edən alim S. J. Jones Nature jurnalında yazdığı bir məqalədə paleontologiyanın, insanın mənşəyi haqqındakı fosil araşdırmalarının nəticəsiz olduğunu belə ifadə edir:

Paleontoloqlar fosil qalıqlarının say azlığını ört-basdır etməyə çalışırlar. Paleontologiya tək bir fikir irəli sürərək tanınacaq yeganə elm sahəsidir. Paleontologiyada bir fikrin qəbul edilməsi kimin daha yüksək səslə danışmasından asılıdır.

(S. J. Jones, A Thousand and One Eves, Nature, cilt 34, 31 Mayıs 1990, s. 395)

 

Təkamül yalanının elmdən aldıqları

 

Təkamülçülər nəzəriyyəni sübut edən dəlilləri tapmadıqları üçün yanlış informasiyalar verərək  bütün bəşəriyyəti aldadıblar. Ən tanınmış saxtakarlıqlarından biri “Piltdown Adamı”dır. Təkamülçü alimlər yarı meymun, yarı insan fosilini tapmadıqları üçün çarəni özləri yaratmaqda tapıblar. Bir oranqutan meymununun alt çənə sümüyü ilə insan kəlləsini birləşdirərək, eyni zamanda müxtəlif kimyəvi maddələrdən də istifadə etməklə “İnsanın əcdadı” adı ilə dünyanın ən məşhur muzeyində nümayiş etdiriblər. Bu saxtakarlığın elmə verdiyi itkini dilə gətirən təkamülçü alim F. Clark Howell belə aydınlıq gətirmişdir:

Piltdown Adamı, insan kəllə sümüyü ilə meymun çənəsindən ibarət varlıqdan başqa bir şey deyildi. Bu bilərək hazırlanmış oyun idi. Nə çənənin meymuna, nə də kəllə sümüyünün insana aid olduğunu qəbul etmədilər. Bunun əvəzinə, bu parçaların meymun ilə insan arasında keçid forması olduğunu açıqladılar. 500 000 il əvvələ aid olduğunu söyləyərək buna ad da qoydular (Eoanthropus Dawsoni və ya  Dawn adamı) və bu mövzu ətrafında 500 kitab yazdılar. Paleontoloqlar bu tapıntı üzərində 55 il müddətində əbəs yerə çalışdılar.

Bu alimin söylədikləri çox düşündürücüdür. Həqiqətdən uzaq “dəlil” 40 il müddətində elm aləmini əbəs yerə məşğul etmişdir. Saxta kəllə sümüyü üzərində 500 kitabın yazılması əbəs yerə sərf olunan əməyin bariz nümunəsidir. Başqa təkamül saxtakarlığının nümayəndəsi Ernest Hegel isə həm etdikləri saxtakarlıqları etiraf edir, həm də digər həmkarlarının ideologiyaları üzərində necə çalışdıqlarından bəhs edir:

Bu etdiyim etirafdan sonra bəlkə də qınaq hədəfi ola bilərəm. Ancaq mənə təskinlik verən budur; günahkar olduğumuz halda həmkarlarımın əksəriyyətinin hələ də tanınmış bioloq, eyni zamanda onların yazdıqları biologiya kitablarında, jurnallarda az-çox təhrif edilmiş şəkillərə rast gəlinməsidir.

(Francis Hitching, The Neck of the Giraffe: Where Darwin Went Wrong, New York: Ticknor and Fields 1982, s. 204)

Aparılan müşahidələrin, təcrübələrin və araşdırmaların təkamülə uyğunlaşdırılma səyi, həqiqətlərin gizlədilməsi və dəyişdirilərək insanlığa təqdim olunması əlbəttə ki, elmin gələcək inkişafına əsaslı surətdə zərər verir. Mövzunun ən təsirli yönü isə apardıqları bu araşdırmalar nəticəsində hər zaman yaradılışı sübut edən dəlillərin tapılmasıdır.

 

Təkamülçülər istəməsələr də elmi tapıntılar hər zaman yaradılışı sübut edir

 

Aralarında səni dinləyənlər də vardır. Quranı anlamasınlar deyə onların qəlblərinə pərdə çəkdik, qulaqlarına da tıxac vurduq. Onlar istənilən ayəni görsələr belə, yenə də ona inanmazlar. Hətta sənin yanına gəldikdə səninlə mübahisə edirlər. Kafir olanlar: “Bu, keçmişdəkilərin əfsanələrindən başqa bir şey deyildir”– deyərlər. (Ənam surəsi, 25)

Təkamülçülər təkamülü sübut etmək üçün apardıqları araşdırmalar nəticəsində hər zaman yaradılışı sübut edən dəlillərlə qarşılaşıblar. Elm Allahın varlığına inanan insanlar üçün asandır. Çünki mövcud olan sistemi araşdırmaq və onunla bağlı dəlilləri axtarmaq elm adamları üçün çətinlik yaratmır.

Ətrafımızda və içində yaşadığımız kainatda yaradılışı sübut edən saysız-hesabsız dəlillərlə hər zaman rastlaşırıq. Sadəcə bir ağcaqanaddakı heyranedici sistem, bir tovuzquşunun qanadlarındakı möhtəşəm sənət, göz kimi kompleks və mükəmməl bir orqan və milyonlarla varlıq iman gətirən insanlar üçün Allahın varlığının və Onun üstün elminin və ağlının dəlilləridir. Yaradılış həqiqətini qəbul edən elm adamı da Allahın ona bəxş etdiyi gözəllikləri seyr edəcək və daha da şövqlə araşdırmalarına davam edəcəkdir.

Əksinə təkamül kimi bir yalana inanmaq və bunu elmi mövqedən müdafiə etməyə çalışmaq alimi çətinliyə salmaqdan başqa bir şey deyil. Kainatdakı nisbət və canlılardakı mükəmməl dizayn onlar üçün sıxıntı qaynağına çevrilmişdir. Darvinin aşağıdakı sözü bunu daha aydın ifadə edir:

Göz haqqında fikirləşmək bəzən məni nəzəriyyəmdən soyudurdu. Müəyyən müddətdən sonra özümü bu problemə uyğunlaşdırmaq məcburiyyətində qaldım. Sadəcə tovuzquşunun qanadlarındakı mükəmməliyi görmək belə məni əsəbləşdirir.

(Norman Macbeth, Darwin Retried: An Appeal to Reason, Boston, Gambit, 1971, s. 101)

Tovuzquşunun qanadları da, eyni zamanda kainatdakı saysız- hesabsız yaradılış dəlilləri də təkamülçüləri hər zaman narahat etməyə davam edəcək. Gördükləri açıq dəlillərə göz yuman insanlarda təbii olaraq hər şeyə qarşı laqeydlik yaranacaq. Xristianlara: “əgər heykəlin sizə əl salladığını görsəniz belə, möcüzə ilə qarşılaşdığınızı zənn etməyin... Böyük ehtimalla heykəlin sağ qolundakı atomların hamısı təsadüfən hərəkət etməyə başlamış ola bilər” deyən tanınmış təkamülçü alim Richard Dawkins bu laqeydliyin bariz nümanəsidir. Elmin gələcək inkişafı üçün belə əsassız nəzəriyyələrin tamamilə kənar edilməsi və gördükləri həqiqətləri qəbul etməkdən çəkinməyən alimlərə ehtiyac vardır.


2011-06-30 16:29:07

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.net
BASINA ÖZEL HAZIRLANAN SENARYOLARLA HAKKIMIZDA ALGI OLUŞTURULMAYA...
MİLLİYET GAZETESİ MAGAZİN YAZARI SAYIN ALİ EYÜBOĞLU’NA AÇIK MEKTUP
AYRILIP DAĞILMA GİBİ BİR NİYETİMİZ ASLA YOK!
YENİ ŞAFAK GAZETESİ YAZARI SAYIN HASAN ÖZTÜRK’E AÇIK MEKTUP
SAYIN ÖZLEM GÜRSES'E AÇIK MEKTUP
SAYIN MİNE UZUN'A AÇIK MEKTUP
DAVA DOSYASI BOMBOŞ ÇIKINCA MEDET UMULAN ESKİ BİR İFTİRA: "GİZLİ TÜNELDEN...
KONUNUN TARAFLARINA SÖZ HAKKI VERMEDEN TEK TARAFLI YAYIN YAPMASI HABERTÜRK...
SAYIN AHMET HAKAN'A AÇIK MEKTUP
HALK TV'YE AÇIK MEKTUP
OZAN SÜER ARKADAŞIMIZIN TUTUKLANMASIYLA İLGİLİ OLARAK AV. SENA AKKAYA...
TÜRK İNSANI ADİL, TARAFSIZ, DÜRÜST, İLKELİ VE SEVGİ DOLU BİR BASIN ÖZLEMİ...
İFTİRA ÜZERİNE KURULAN DAVAMIZIN TEMELİNDEKİ SEBEP: "HUSUMET"
HÜRRİYET GAZETESİ VE YAZARLARINA CESARETLE VE ISRARLA DOĞRUDAN YANA OLMAK...
SEVGİ, KARDEŞLİK VE SELAM GÖNDERME İDDİALARI TUTUKLAMA GEREKÇESİ OLAMAZ
MEHDİYET İNANCI SEBEBİYLE SAYIN ADNAN OKTAR’IN YANINDAN AYRILMADIĞIMIZ...
TOPLU BİR AKIL TUTULMASI: "GALEYAN"
ELVAN KOÇAK BEY’İN YANLIŞ BİLGİLENDİRİLDİĞİ HUSUSLAR
AV. CELAL ÜLGEN'E AÇIK MEKTUP–3
İNGİLİZ DERİN DEVLETİNİN ÜLKEMİZDEKİ ALÇAK, HAİN VE AŞAĞILIK KRİPTO...
SAYIN MİNE KIRIKKANAT HANIMEFENDİ’YE BİR KEZ DAHA DOSTLUK VE SEVGİ...
MÜŞTEKİ İFADELERİ HAKKINDA BASINDA YER ALAN GERÇEK DIŞI HABERLER
SEVGİDEN VAZGEÇMEK ZULÜM OLUR, TEK İSTEĞİMİZ SEVGİ TOPLUMU OLUŞMASI
2 YILDAN BU YANA CAMİAMIZA KARŞI YAPILAN HAK VE HUKUK İHLALLERİ, ZULÜM VE...
ALİ İHSAN KARAHASANOĞLU KARDEŞİMİZ MASUMİYET KARİNESİNE VE SAVUNMA HAKKINA...
ATV KAHVALTI HABERLERİNDEKİ ASILSIZ İTHAMLARA CEVABIMIZDIR
MİLLİ ÇÖZÜM DERGİSİ BAŞYAZARI AHMET AKGÜL’ÜN İFTİRALARA DAYANARAK YAPTIĞI...
SEVGİYE DAİR HER DAVRANIŞIN SUÇ KAPSAMINA SOKULMA GAYRETİNDEN ENDİŞE...
AV. SN. CELAL ÜLGEN'E AÇIK MEKTUP
CÜBBELİ AHMET HOCAMIZ’DAN MÜSLÜMANLAR HAKKINDA KONUŞURKEN ADİL, DÜRÜST VE...
İSTİKLAL İNTERNET HABER SİTESİ YAZARLARINDAN SAYIN ÖMER AKDAĞ’A...
MADDİ GELİR ELDE ETMEK UĞRUNA TERTEMİZ, NUR GİBİ İNSANLARI ACIMASIZCA YOK...
DOSYAMIZDA ETKİN PİŞMANLIK İFADELERİ DEĞİL, CAN HAVLİYLE KENDİNİ...
SAYIN MİNE KIRIKKANAT HANIMIN SAVUNMA HAKKINI VE DEĞERLİ AVUKATLARI HEDEF...
BASIN KORKU DEĞİL ADALET, DÜRÜSTLÜK VE TARAFSIZLIK ÜZERİNE KURULU YAYIN...
AKİT'TEKİ KARDEŞLERİMİZ YAYINLARINDAKİ HAKARETAMİZ ÜSLUBA KARŞI MUTLAKA...
SN. ADNAN OKTAR DURUŞMALAR BOYUNCA MASKE KULLANMIŞ, GENEL SAĞLIĞIN...
MÜMİN ALLAH’TAN GELEN İŞARETLERİ GÖRÜR VE HAYRA YORAR
KANAL D ANA HABER PROGRAMINI HUKUK VE VİCDAN SINIRLARI İÇİNDE YAYIN...
ARKADAŞIMIZ BÜLENT SEZGİN'DEN SAYIN AYŞENUR ARSLAN HANIMEFENDİ’YE AÇIK...
SAYIN ADNAN OKTAR VE ARKADAŞLARINI GÜYA TEHLİKELİYMİŞ GİBİ GÖSTERME OYUNU
ARKADAŞIMIZ SERDAR SUPHİ TOGAY'IN MAHKEME İFADESİNDEN BASINA YANSIYAN...
SÖZDE ETKİN PİŞMAN OLMAK ZORUNDA BIRAKILAN ARKADAŞIMIZ ALİ ŞEREF GİDER’İN...
TURNİKE İFTİRASINA İTİBAR EDİP DİLE GETİRENLERİN ASIL ÖNCELİĞİ...
AKİT CAMİASINDAKİ KARDEŞLERİMİZ BİZİM İYİ NİYETİMİZİ YAKINDAN BİLİR VE...
GERÇEKLER SAYIN DOĞAN KASADOLU'NUN HAYAL DÜNYASINDA YAŞADIĞINDAN VE...
ALİ İHSAN KARAHASANOĞLU KARDEŞİMİZE HANIMLAR HAKKINDA SAYGILI VE NEZAKETLİ...
MUHAFAZAKAR CAMİADA HAKKIMIZDA MERAK EDİLEN BAZI SORULARA CEVAPLAR
DURUŞMADA YÖNELTİLEN SORULAR İDDİANAMEDE YER ALAN SUÇLAMALARIN ASILSIZ...
ARKADAŞIMIZ SEDAT ALTAN'DAN DEĞERLİ GAZETECİMİZ SAYIN AHMET HAKAN'A AÇIK...
ARKADAŞIMIZ MERVE BÜYÜKBAYRAK'IN MİNE KIRIKKANAT HANIMEFENDİ'YE AÇIK...
ARKADAŞIMIZ KARTAL İŞ'TEN SAYIN DOĞU PERİNÇEK’E AÇIK MEKTUP
AV. SN. KEREM ALTIPARMAK’IN “İNTERNET ERİŞİM ENGELLERİ VE İFADE ÖZGÜRLÜĞÜ”...
"NİHAYET DERGİSİ"NDE, CAMİAMIZ HAKKINDA YAPILMIŞ GERÇEK DIŞI, ÇİRKİN BİR...
HALKI, HALKA EZDİREN SİSTEM SON BULMALI
KONU DEKOLTE DEĞİL, SEVGİMİZE VE DOSTLUĞUMUZA DUYULAN ÖFKE
INDEPENDENT-TÜRKÇE'NİN MÜSLÜMANLARA EVRİM TEORİSİNİ KABUL ETTİRME TAKTİĞİ
BUGÜN BAZI GAZETECİLERİN TUTUKLANMASINI ELEŞTİREN CNN TÜRK GECE GÖRÜŞÜ...
DEKOLTE GİYDİLER DİYE MASUM İNSANLARA YÜZLERCE YIL HAPİS CEZASI İSTEYİP...
SN. ADNAN OKTAR’IN MEHDİLİK İLAN EDEREK DEVLETİ ELE GEÇİRECEĞİ İTHAMI AKLA...
ARKADAŞIMIZ EMRE BUKAĞILI'NIN SN. FAZIL SAYIN AÇIKLAMALARINA CEVABI
SÜLEYMAN ÖZIŞIK KARDEŞİMİZİN DE CEMAATLERİN MİLLETİMİZ İÇİN DEĞERİNİ ÇOK...
ADNAN OKTAR OLMASAYDI...
SAYIN ERGUN YILDIRIM’IN “YENİ MEHDİLER” BAŞLIKLI KÖŞE YAZISINA...
NORMAL VE LEGAL BİR YAŞAMDAN YAPAY SUÇLAR ÜRETİLEREK "HAYALİ BİR SUÇ...
SAYIN ADNAN OKTAR’IN TUTUKLANMASININ ARDINDAN...
CÜBBELİ AHMET HOCAMIZ MÜSLÜMANLARA ATILAN İFTİRALARA İTİBAR ETMEMELİDİR
ODATV GENEL YAYIN YÖNETMENİ SN. BARIŞ PEHLİVAN'A AÇIK MEKTUP
KOMPLOCULAR, KORKUTARAK "SÖZDE" İTİRAFÇI YAPTIKLARI ARKADAŞLARIMIZ...
CUMHURİYET GAZETESİNE AÇIK MEKTUP
GENİŞ HAYAL GÜCÜ İLE KURGULANAN DAVA DOSYASI
MODERNLİK İSLAM’IN GELİŞİP YAYILMASINDA EN ETKİLİ YÖNTEMDİR
SN. ENVER AYSEVER’İN PROGRAMINDA GÜNDEME GELEN İTHAMLARIN CEVAPLARI
SN. ADNAN OKTAR: "ALLAH'IN VERECEĞİ KARARI TALEP EDİYORUM"
MİNE KIRIKKANAT GİBİ AYDIN VE DEMOKRAT BİR HANIMA HUKUKUN TEMEL İLKELERİNE...
Adnan Oktar: "Allah’ın vereceği kararı talep ediyorum."
Adnan Oktar: "Allah’ın vereceği kararı talep ediyorum."
YENİ AKİT GAZETESİ VE ODA TV’DE YER ALAN “UYAP’TAN SANIĞIN ADI SİLİNDİ”...
SAYIN BİRCAN BALİ'YE CEVAP
SAYIN AVUKAT CELAL ÜLGEN'E AÇIK MEKTUP
SAYIN ALİ İHSAN KARAHASANOĞLU'NA CEVAP
SAYIN ADNAN OKTAR VE CAMİAMIZA YÖNELİK MANEVİ LİNÇ
SN. DOĞU PERİNÇEK VE SN. PROF. DR. ALİ DEMİRSOY'UN ÖNEMLİ OLDUĞUNU...
SAYIN PROF. DR. NURAN YILDIZ'A AÇIK MEKTUP
SN. ADNAN OKTAR VE ARKADAŞLARININ İSRAİL VE MUSEVİLERLE OLAN...
CAMİAMIZA YÖNELİK "YURTDIŞI LOBİ FAALİYETLERİ" İSNADI İLE İLGİLİ...
FETÖ'YE KARŞI EN GÜÇLÜ ELEŞTİRİLERİ SN. ADNAN OKTAR YAPMIŞTIR
DELİL VE ŞAHİT OLMADAN SUÇSUZ İNSANLARI CEZALANDIRMAK KUR’AN’A UYGUN...
ARKADAŞLARIMIZ MUAZZEZ VE YILDIZ ARIK’IN DURUŞMADAKİ GERÇEK DIŞI...
İNSANLARA NEREDE VE KİMLERLE YAŞAYACAKLARINA DAİR BASKI VE DAYATMADA...
ARKADAŞIMIZ BERİL KONCAGÜL’ÜN DURUŞMADAKİ GERÇEK DIŞI İDDİALARINA...
KANAL D'NİN UYDURMA HABERİ
MERVE BOZYİĞİT'İN DURUŞMADAKİ AÇIKLAMALARI KUMPASI GÖZLER ÖNÜNE SERDİ !!!
ARKADAŞLARIMIZ ALTUĞ ETİ, BURAK ABACI VE CEYHUN GÖKDOĞAN'IN...
KUMPASÇILARIN ARKADAŞLARIMIZA BASKI VE TEHDİTLE DAYATTIĞI GERÇEK DIŞI...
"NORMAL HAYATIN SUÇMUŞ GİBİ GÖSTERİLMESİ" ANORMALLİĞİ
ARKADAŞIMIZ ÇAĞLA ÇELENLİOĞLU'NUN DURUŞMADAKİ İDDİALARINA CEVABIMIZ
YENİ ŞAFAK VE GÜNEŞ GAZETELERİNDEKİ GERÇEK DIŞI İDDİALARA CEVAP
SAVUNMA HAKKIMIZ NASIL ENGELLENDİ?
ARKADAŞIMIZ ECE KOÇ'UN DURUŞMADAKİ İDDİALARINA CEVABIMIZ
ARKADAŞLARIMIZ MUSTAFA ARULAR VE EMRE TEKER'İN DURUŞMALARINDAKİ...
ARKADAŞIMIZ AYÇA PARS'IN DURUŞMADAKİ İDDİALARINA CEVABIMIZ
KAMU VİCDANI YALANI
DEVLETİMİZİN VERDİĞİ SİLAH RUHSATLARI CAMİAMIZA DUYDUĞU GÜVENİN AÇIK BİR...
ASIL HEDEF İSLAM ALEMİ, TÜRKİYE, SAYIN ERDOĞAN VE AK PARTİ HÜKÜMETİ
GERÇEK MODERNLİK İSLAM DİNİNDEDİR
TV PROGRAMLARINDA SEVGİ DİLİ ESAS ALINMALIDIR
"Allah'tan tahliyemizi istirham ediyorum"
AKİT GRUBUNA AÇIK MEKTUP
"....Allahvar.com sitesi kapatıldı, düşmanım bu siteyi yapmış olsa...
GARDIROP YALANI
SAYIN DOĞU PERİNÇEK'E AÇIK MEKTUP
'CRACKED.COM' SİTESİNDEKİ İDDİALARA CEVAP
1999 KAN KAMPANYASI TAMAMEN MEŞRU VE LEGAL BİR ORGANİZASYONDUR
HARUN YAHYA KÜLLİYATININ İMHASI ÇOK VAHİM VE TARİHİ BİR HATA OLUR
HAKİM VE SAVCILARIMIZ YALNIZCA KANUN, HUKUK VE VİCDANI ESAS ALMALIDIR
DİYANET İŞLERİ BAŞKANLIĞI RAPORUNA CEVAP
İLERİ DERECEDE MODERN GÖRÜNÜM VE DEKOLTE GİYİM TARZININ NEDENLERİ
"Adnan Bey’in çevresindeki her insan hayat dolu, mutlu, cıvıl cıvıl.”
SUÇSUZ BİR GENÇ KIZ DAHA HUKUKSUZ OLARAK TUTUKLANDI
SÖZDE İTİRAFÇI VEYA MÜŞTEKİ OLMAYA ZORLANMIŞ KARDEŞLERİMİZE ACİL KURTULUŞ...
YENİ BİR SAFSATA DAHA
"Müslümanlar Kardeştir..."
"Biz silahlı suç örgütü değiliz"
MEHDİYETİ GÜNDEME GETİRMEK LİNÇ KONUSU OLMAMALI
"Zorla alıkonma, İzole bir hayat yaşama iddialarını asla kabul etiyorum"
"Adnan Bey bizi çok sever, hep onore eder"
MEDYANIN ZORAKİ "BENZERLİK KURMA" TAKTİĞİ
"Ortada silahlı suç örgütü değil sadece birbirini çok seven arkadaş...
ÇOK DEĞERLİ BİR SİYASİ BÜYÜĞÜMÜZE AÇIK MEKTUP
AYÇA PARS CANIMIZ GİBİ SEVDİĞİMİZ, MELEK HUYLU, MÜMİNE KARDEŞİMİZDİR
"ALIKONMA" SAFSATASI
KUMPASÇILARIN KORKUTARAK İFTİRACI DEVŞİRME YÖNTEMLERİ
BERİL KONCAGÜL TEHDİT ALTINDADIR, CAMİAMIZA İFTİRAYA ZORLANMAKTADIR!
TAHLİYE OLAN ARKADAŞLARIMIZ HİÇ KİMSE İÇİN HİÇBİR ZAMAN BİR BASKI UNSURU...
AV. CELAL ÜLGEN ADİL VE DÜRÜST OLMALI
AKİT TV SUNUCUSU CANER KARAER HAKKINDA ÖNEMLİ BİLGİLENDİRME
MASUM İNSANLARIN TAHLİYESİ TAMER KORKMAZ'I DA SEVİNDİRMELİDİR
"Adnan Bey için ailelerimizle arasının iyi olmadığına dair iftiralar...
"Türkiye ve İslam Dünyasını zayıflatmak istiyorlar.."
"Adnan Bey`den ASLA ŞİDDET VE BASKI GÖRMEDİM..."
"Allah rızası için 40 yıldır Türk-İslam Birliği için çabalıyoruz"
"...En ufak bir suça dahi şahit olmadım..."
"Hakkımızda çok fazla SAHTE DELİLLER ÜRETTİLER..."
"Biz FETÖNÜN ANTİSİYİZ...."
“Bu dava sürecinde.... sözde dijital delillerin ibraz edilmemesi gibi pek...
"Zaten biz birbirimizi bu kadar çok sevdiğimiz için buradayız..."
"Biz bir arkadaş grubuyuz..."
"...Biz Vakıf faaliyetlerimiz ile her zaman Devletimizin yanında olduk"
"Biz kimseyle ilgili karalama faaliyeti yapmadık..."
"...Sözde tecavüz için mi buradaki arkadaşlarımla biraraya geleceğim?!"
"...Faaliyetlerimiz herkese hitap ediyor ..."
"Bizim amacımız şatafat içinde yaşamak değil, hiç kimsenin hitap edemediği...
"İnancım gereği ben insanlara yardım ederim"
"Ne yapsa "zorla" diyorlar. Zorla Gülümsüyor, Zorla, Zorla olur mu?"
"Bizim bir arada olma amacımız örgüt kurmak değil. ilmi mücadele...
"Biz birbirimizi Allah için seven.. arkadaşlarız"
"Polisler geldi, hangi eve operasyon yapacağız derlerken, balkona çıkıp...
"Biz örgüt değiliz"
"Devletimizi desteklediğimiz çok hayırlı faaliyetlerimiz var, Bunlar...
"Biz Allah`tan Razıyız Allah da Bizlerden Razı olur inşaAllah"
"İddia edildiği gibi katı bir ortam olsa 40-50 yıl niye kalalım?"
"Neden cömertsin?" diye soruyorlar
"İngiliz Derin Devleti bunu duyunca çıldırdı..."
"Biz Milli değerler etrafında birleşmiş bir sivil toplum kuruluşuyuz"
"Bir imza atıp dışarı çıkmayı ben de bilirim. Ama iftira büyük suçtur."
"Ben varlıklı bir aileden geliyorum, Saat koleksiyonum var"
"Silahlı suç örgütü iddiası tamamen asılsızdır, yalandır, iftiradır."
"Bizim yaptığımız tek şey Allah'ın yaratışını anlatmaktır."
"Almanya'da İslamofobi var, İslam düşmanları var..."
Bir örgüt olsak devlet bizimle faaliyette bulunur mu?
DAVAMIZ METAFİZİKTİR – 1. BÖLÜM
DAVAMIZ METAFİZİKTİR – 2. BÖLÜM
MAHKEME SÜRECİNDE SİLİVRİ CEZAEVİNDE YAŞANAN EZİYET VE ZULÜMLER
"Ben Sayın Adnan Oktar `dan hiçbir zaman Şiddet, Eziyet, Baskı görmedim."
DAVA DOSYASINDAKİ CİNSELLİK KONULU İDDİALAR TÜMÜYLE GEÇERSİZDİR
DURUŞMALARIN İLK HAFTASI
"İNFAK" SUÇ DEĞİL, KURAN'IN FARZ KILDIĞI BİR İBADETTİR
GERÇEK TURNİKE SİSTEMİ GENELEVLERDE
Adnan Oktar davasının ilk duruşması bugün yapıldı.
AVK. UĞUR POYRAZ: "MEDYADA FIRTINA ESTİRİLEREK KAMUOYU ŞARTLANDIRILDI,...
Adnan Oktar'ın itirafçılığa zorlanan arkadaşlarına sosyal medyadan destek...
Adnan Oktar suç örgütü değildir açıklaması.
Adnan Oktar'ın cezaevinden Odatv'ye yazdığı mektubu
Adnan Oktar'dan Cumhurbaşkanı Sayın Recep Tayyip Erdoğan'a mektup
Casuslukla suçlanmışlardı, milli çıktılar.
TBAV çevresinden "Bizler suç örgütü değiliz,kardeşiz" açıklaması
Bu sitelerin ne zararı var!
Adnan Oktar ve arkadaşları 15 Temmuz'da ne yaptılar?
Sibel Yılmaztürk'ün cezaevinden mektubu
İğrenç ve münasebsiz iftiraya ağabey Kenan Oktar'dan açıklama geldi.
Adnan Oktar ve arkadaşlarına Emniyet Müdürlüğü önünde destek ve açıklama...
Adnan Oktar hakkında yapılan sokak röportajında vatandaşların görüşü
Karar gazetesi yazarı Yıldıray Oğur'dan Adnan Oktar operasyonu...
Cumhurbaşkanı Sayın Recep Tayyip Erdoğan'dan Adnan Oktar ile ilgili...
Ahmet Hakan'nın Ceylan Özgül şüphesi.
HarunYahya eserlerinin engellenmesi, yaratılış inancının etkisini kırmayı...
Kedicikler 50bin liraya itirafçı oldu.
Adnan Oktar ve arkadaşlarına yönelik operasyonda silahlar ruhsatlı ve...
FETÖ'cü savcının davayı kapattığı haberi asılsız çıktı.
Adnan Oktar ve arkadaşlarının davasında mali suç yok...
Cemaat ve Vakıfları tedirgin eden haksız operasyon: Adnan Oktar operasyonu...
Tutukluluk süreleri baskı ve zorluk ile işkenceye dönüşüyor.
Adnan Oktar’ın Cezaevi Fotoğrafları Ortaya Çıktı!
"Milyar tane evladım olsa, milyarını ve kendi canımı Adnan Oktar'a feda...
Adnan Oktar davasında baskı ve zorla itirafçılık konusu tartışıldı.
Adnan Oktar ve arkadaşlarının davasında iftiracılık müessesesine dikkat...
Adnan Oktar davasında hukuki açıklama
Adnan Oktar ve Arkadaşlarının Masak Raporlarında Komik rakamlar
Adnan Oktar ve Arkadaşlarının tutukluluk süresi hukuku zedeledi.
Adnan Oktar'ın Museviler ile görüşmesi...
Adnan Oktar ve arkadaşlarına yönelik suçlamalara cevap verilen web sitesi...
Adnan Oktar ve arkadaşlarına karşı İngiliz Derin Devleti hareketi!
Adnan Oktar iddianamesinde yer alan şikayetçi ve mağdurlar baskı altında...
Adnan Oktar iddianamesi hazırlandı.
SAYIN NEDİM ŞENER'E AÇIK MEKTUP
Adnan Oktar ve Nazarbayev gerçeği!
En kolay isnat edilen suç cinsel suçlar Adnan Oktar ve Arkadaşlarına...
Adnan Oktar kaçmamış!
BİR KISIM MEDYA KURULUŞLARINA ÇAĞRI !!!
FİŞLEME SAFSATASI
İSA TATLICAN: BİR HUSUMETLİ PORTRESİ
SİLİVRİ CEZAEVİNDE YAŞANAN İNSAN HAKLARI İHLALLERİ
MÜMİNLERİN YARDIMLAŞMASI VE DAYANIŞMASI ALLAH'IN EMRİDİR
GÜLÜNÇ VE ASILSIZ "KAÇIŞ" YALANI
ABDURRAHMAN DİLİPAK BİLMELİDİR Kİ KURAN’A GÖRE, ZİNA İFTİRASI ATANIN...
YALANLAR BİTMİYOR
SAÇ MODELİ ÜZERİNDEN KARA PROPAGANDA
TAHLİYE EDİLENLERE LİNÇ KAMPANYASI ÇOK YANLIŞ
MEDYA MASALLARI ASPARAGAS ÇIKMAYA DEVAM EDİYOR
Adnan Oktar ve Arkadaşlarının ilk duruşma tarihi belli oldu.
AKİT TV VE YENİ AKİT GAZETESİNE ÖNEMLİ NASİHAT
YAŞAR OKUYAN AĞABEYİMİZE AÇIK MEKTUP
KARA PARA AKLAMA İDDİALARINA CEVAP
Adnan Oktar ve FETÖ bağlantısı olmadığı ortaya çıktı.
TAKVİM GAZETESİNİN ALGI OPERASYONU
Adnan Oktar ve Arkadaşlarına yönelik suçlamaların iftira olduğu anlaşıldı.
"Bizler Suç Örgütü Değiliz..."